Hərbi vəzifəlilərin təlim toplanışları başa çatdı FOTOLAR

27.10.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibətilə tədbirlər keçirilib.

Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə çıxış edənlər toplanışlar müddətində müxtəlif ixtisaslar üzrə keçirilən nəzəri və praktiki məşğələlərin hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini bildiriblər.

Qeyd olunub ki, təlim toplanışlarında qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

Sonra toplanışlarda fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.

Tədbirlər şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью