Hərbi xidmət yaşı ilə bağlı yeni qərar: Bundan sonra... | Icma.az
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. Xəbər verildiyi kimi, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endir
Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklifində öz əksini tapıb.
Qeyd olunub ki, dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Maraqlıdır, sözügedən dəyişikliyə hansı zərurətdən ehtiyac yaranıb?
Məsələ ilə bağlı Teleqraf.com-a danışan ehtiyatda olan polkovnik, Silahlı Qüvvələrin veteranı və hərbi ekspert Şair Ramaldanov hesab edir ki, bu addım çoxdan atılmalı idi: "Zaman-zaman belə təkliflər ortaya çıxırdı.
İndi isə konkret addım atılır. Müvafiq qurumlarımız beynəlxalq təcrübəni öyrəniblər. Əhalinin da buna dair fikirləri nəzərə alınıb.
Gənclərin hərbi xidmətə çağırılması ilə bağlı suallar çox idi.
Bir şəxs 30 yaşına qədər xidmətə yararsızdırsa, 5 il ərzində də dəyişən şey olmayacaq.
Tam oxu
Xəbəri oxu