Hərbi xidmətdən boyun qaçıranlar ölkədən çıxa bilməyəcəklər

13.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək Vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью