Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq

27.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırıldığı hallar artır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək Vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью