Hərbi xidmətdən yeni qayıdan gənci maşın vurdu

08.04.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayonun Bəydili kənd sakini, Tofiq Əliyev "Mercedes" markalı mikroavtobusla hərəkətdə olarkən kənd sakini, 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Rauf oğlunu vurub. 

Ağır xəsarətlər alan piyadanı sürücü rayon xəstəxanasına aparıb. 

Yaralı hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью