Hərbi xidmətə çağırışdan boyun qaçıranların ölkədən çıxışı QADAĞAN EDİLİR

13.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Vətəndaşların ölkədən getmək hüququnun məhdudlaşdırıldığı hallar artır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək Vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью