Hərbi xidmətə çağırışın yaşı həddi niyə endirilir? Açıqlama | Icma.az
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Məlum olduğu kimi, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklifində öz əksini tapıb.
Qarabağ işğaldan azad olunub, şərti sərhəddə Azərbaycan əsgəri xidmət keçir və indiyə qədər heç bir problem müşahidə edilməyib.
Ümumilikdə, bu qanun ölkə vətəndaşının xeyrinədir və faydalı olacaq".Bakupost.az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, zaman-zaman hərbi xidmətə çağırış yaşının endirilməsi gündəmə gətirilib.
İndi isə konkret addım atılır: “Qeyd edim ki, 35 yaşdan sonra insan həm psixoloji, həm də fiziki olaraq hərbiyə tam yararlı olmur.
Digər tərəfdən, çoxları bu yaşda evli olur. Qanun təsdiqindən sonra insanlar gələcəkləri ilə bağlı planlarını rahat şəkildə qura bilərlər”.O
Tam oxu
Xəbəri oxu