Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Dekabrın 20-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçi
Modern.az xəbər verir ki, Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin dekabrın 17-də və 18-də qardaş Türkiyəyə r
Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Parlamentin sədri gündəliyə 11 məsələnin daxil edildiyini və ilk məsələnin üçüncü oxunuşda təqdim olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu söyləyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi ilə bağlı məlumat verib.
O, sənədin birinci oxunuşda müzakirəsi zamanı deputatların bəzi məsələlərlə bağlı öz qeydlərini səsləndirdiyini bildirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Gündəlikdəki digər 8 məsələ ikinci oxunuşda qanun layihələri olub.
Bildirilib ki, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.