Konkret.az saytına istinadən Icma.az xəbər verir. Nikol Paşinyan Vaşinqtondakı Atlantik Şurada olub və orada çıxış edib.
Ermənistan baş naziri əvvəlcə Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru və ABŞ-ın Özbəkistan və Ukraynadakı keçmiş səfiri Con Herbstin suallarını cavablandırıb.
Herbstin Paşinyana ünvanladığı sual bizim də marağımıza səbəb oldu.
Amerikalı diplomat Paşinyandan soruşub ki, Azərbaycanla barışmaqda niyə belə qərarlıdır? Açığı sualın qoyuluşunda ciddi qüsur var.
37 il müharibə vəziyyətində olan iki dövlətin sülh sazişi imzalaması ərəfəsində verilən sual iki başlı görünür.
Belə aydın olur ki, böyük dövlətlər münaqişənin başa çatmasında maraqlı deyil. Bəs məsələnin kökündə nə dayanır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Murad Sadəddinov əvvəlcə tarixə baxmağı tövsiyyə edib: “Ermənistanın yaradılması, ermənilərin Cənubi Qafqaza köçürülməsi birmənalı şəkildə böyük dövlətlərin marağında olub və onlardan Osmanlı imperyasına qarşı istifadə edilib.
Sonra Sovet İttifaqı dövründə SSRİ rəhbərliyi onları Türkiyəyə qarşı istifadə etməyə başlayıb.