Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq artisti Emin Ağalarov “OK!” jurnalının yeni buraxılışı üçün kamera qarşısına keçib.
Redaktor.az xəbər verir ki, o, həmçinin müsahibə verib və sualları cavablayıb.
Həmin müsahibəni ixtisarla təqdim edirik: - Əkiz övladlarınızdan hansı sizə xaraktercə daha çox bənzəyir?
Hansı daha çox musiqisevər, hansı isə işgüzardır? - İlk baxışdan Əli daha yaradıcı görünür, Mikayıl isə işgüzardır.
Hərdən baxıram və görürəm ki, Mikayıl özünü mənim kimi aparır - həm intonasiyasında, həm sözlərində, həm də hərəkətlərində.
Sonra baxıram ki, yox, belə deyil, Əli mənə daha çox oxşayır. Onlar xaraktercə tamamilə fərqlidirlər.
Məndən də, anaları Leyladan da nəsə götürüblər. Onlarda mənim həmin yaşlarımda olmayan keyfiyyətlər var - ailəyə, qohumlara əlavə diqqət.