Hərə arzuladığı geyimdə məktəbə gəlsə, nəticəsi nə olar?! Komitə sədri

10.10.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sadə və vahid geyim forması tərbiyə mənbəyidir. Hər kəs bildiyi kimi geyinəndə çoxlarının diqqəti dağılır, dərs kənarda qalır. Bu da özlüyündə dərsin keyfiyyətinə təsir edir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov azedu.az və modern.az-a geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, məktəbə hərə bir ailədən gəlir. Hamının arzu və istəyi bir olmur: "Hərə öz evinin arzuladığı geyimlə məktəbə gəlsə, siz təsəvvür edin ki, onun ümumi nəticəsi nə olacaq? Məktəb elə o birinci sinifdə olan fidanlarımıza öyrədir ki, yol budur, geyim budur. Bir də dünyanın inkişaf etmiş dövlətlərinə baxaq. Onlarda artıq geyimlə bağlı heç bir problem yoxdur. 

Vahid məktəbli formasının əsas məqsədi məktəbdə bərabərlik yaratmaqdır. Hamının geyimi eyni olmalıdır ki, heç bir şagird biri-birindən fərqlənməsin. Vahid geyim deyərkən biz milli adət-ənənəmizə imtina etmirik. Biz öz dinimizdən fərqli olaraq başqa dinin arxasına düşmürük. H

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью