Hərəkət iştirakçılarının nəzərinə!

17.06.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

18 iyun saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun  kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью