Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələrini aparılıb

09.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

Ölkə üçün prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi (TƏBİB) tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının tibbi müayinələri aparılıb.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, müayinələr Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsində təşkil olunub.

Xəzər Tibb Mərkəzinin pediatr, kardioloq, endokrinoloq, nevroloq, ginekoloq və cərrah həkimlərindən ibarət tibb heyəti tərəfindən müxtəlif yaş qruplarından olan 14 uşağın sağlamlıq vəziyyəti qiymətləndirilib, müalicə-profilaktik tövsiyələr verilib. Uşaqlar, həmçinin EKQ, USM və laborator müayinələrə cəlb olunublar.

Tibbi müayinələr TƏBİB və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью