Hərəkət zamanı çox tərləyənlərin DİQQƏTİNƏ

22.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Yarışa hazırlaşanlar və ya idmanla çox məşğul olanlar müəyyən uğura çatdıqdan sonra vucudu qorumaq barədə düşünməlidirlər. 

Bədəninizdəki minerallar tərlə yuyulub xaric olursa sonra orqanizmin yenidən özünə gətirmək üçün qidalanmağa ciddi fikir vermək lazımdır.  

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, itirilən enerjinin kompensasiyası üçün:

- Kompleks karbohidratlar ( tam taxıllı çörək, tam buğda makaronu, yaşıl mərcimək) istehlak edilməlidir.

- Əzələ itkisinə  maneə törətmək üçün, heyvan mənşəli zülallar ( qırmızı ət, hind toyuğu əti, yumurta)  istehlak edilməli; əzələni möhkəmləndirmək üçün  sink qəbul edilməlidir. 

- Uzun müddətli enerji qaynağı olan sağlam yağlar (zeytunyağı, avokado, hindqozu yağı kimi) qidalanmaya əlavə edilməlidir. 

- Tərləməklə itirilən natrium və maqnezium minerallarının kompensasiyası üçün təzə tərəvəzlər istehlak edilməli və yarış axşamı, xüsusilə də əzələ yorğunluğuna maneə törətmək üçün  maqnezium möhkəmlətməsi edilməlidir.  

- Ehtiyac duyulan su istehlakı təmin edilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью