Hərəkətdə olan avtobusun təkəri qopub çıxdı

29.11.2024

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Bakıda Azadlıq metrostansiyası-Mehdiabad qəsəbəsi marşrutu ilə hərəkət edən 108B nömrəli avtobusda təhlükəli vəziyyət yaranıb.

Bakupost.az "Unikal"a istinadən məlumat verir ki, hərəkətdə olan nəqliyyat vasitəsində ciddi texniki nasazlıq yaşanıb.

Belə ki, avtobusun təkəri differensialdan qopub və nəqliyyat vasitəsi hərəkət edə bilməyib.

Yaranan vəziyyətdən qorxan sərnişinlər avtobusdan düşürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью