Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sosial şəbəkələrdə yayılan və Qəbələdə fəaliyyət göstərən "VIP House Qəbələ" restoranına aid olduğu bildirilən reklam çarxı geniş müzakirələrə səbəb olub.
Avosfer.az xəbər verir ki, kadrlarda hərəkətdə olan avtomobilin içərisində manqal quraşdırıldığı, avtomobil hərəkət etdiyi halda kabab bişirildiyi, ön sərnişin oturacağında əyləşən şəxsin isə həm kabab hazırladığı, həm də içki qəbul etdiyi görünür. Daha sonra həmin görüntülər restoranın reklamı kimi sosial şəbəkə hesablarında paylaşılıb.
Paylaşım qısa müddətdə geniş auditoriyaya çataraq sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Görüntülər birmənalı qarşılanmayıb. Bir qisim istifadəçi bunu qeyri-adi reklam üsulu kimi qiymətləndirsə də, çoxsaylı şərhlərdə belə davranışın yol hərəkəti təhlükəsizliyi baxımından yolverilməz olduğu, təhlükəli vərdişləri təşviq etdiyi və digər sürücülər üçün də risk yaratdığı bildirilib.
Eltac Zülfüqaroğlu