Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakının Nərimanov rayonu, Atatürk prospektində qayda pozan sürücü videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Taksi fəaliyyətiylə məşğul olan 77-NO-390 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan qəfil sağa keçib və bu vaxt görüntünü qeydə alan maşındakı sürücüyə qəza şəraiti yaradıb. Ardınca qayda pozan sürücü ən sağ zolağa manevr edib.
Nərmin