Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü

05.03.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari il ərzində hərəkətdə olan qatarlara daş atılma halları ilə bağlı polisə daxil olan 11 məlumat üzrə müvafiq tədbirlər görülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Araşdırmalarla müəyyən edilib ki, hadisələr əksər hallarda azyaşlılar tərəfindən törədilir və qatara daş atan şəxslər aşkarlanaraq valideynləri ilə birlikdə polisə dəvət edilirlər. Onlarla profilaktik söhbətlər aparılır, vurulan zərərin ödənilməsi təmin edilir və qanunvericiliyə uyğun tədbirlər görülüb.

Nəzərə alınmalıdır ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью