Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir çox gündəlik vərdişlər bədəndə şişkinliyin yaranmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu haqda dietoloq Svetlana Lisitsına lenta.ru-ya müsahibədə danışıb.
Onun sözlərinə görə, maye çatışmazlığı, yatmazdan əvvəl bol qida qəbulu, xüsusilə də çoxlu karbohidratlı yeməklər bədəndə şişkinlik riskini artırır. Həmçinin aclıq, stress, yuxusuzluq, duzun həddindən artıq istifadəsi və ya tamamilə rasiondan çıxarılması, şəkərin çox qəbulu da orqanizmdə maye yığılmasına səbəb ola bilər.
Dietoloq qeyd edib ki, azhərəkətli həyat tərzi, uzun müddət oturaq vəziyyətdə qalmaq, limfa durğunluğu və hündür dabanlı ayaqqabı geyinmək də şişkinliyin yaranmasına şərait yaradır. Bundan başqa, karbohidratlardan imtina etdikdən sonra onların yenidən qidaya daxil edilməsi də bədəndə şişkinlik yarada bilər.
Lisitsına əlavə edib ki, alkoqollu içkilər - pivə, şərab və güclü spirtli içkilər - mayenin orqanizmdə saxlanmasına və böyrəklərin fəaliyyətinin pozulmasına səbəb olur. Eyni zamanda, hisə verilmiş məhsullar, çipslər, pendir və marinad edilmiş tərəvəzlər kimi duzlu qəlyanaltılar da şişkinliyi artıra bilər.
Aytəkin TOFİQQIZI