Heris elektrik stansiyası dövlət borcuna görə bağlandı

11.11.2024

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şərqi Azərbaycan əyalətinin Heris şəhərinin elektrik stansiyası dövlət borcuna görə bağlanıb.

Gunaz.tv

Bu barədə əyalət valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məcid Fərşi məlumat verib.

Heris şəhərindən Təbrizə doğru 15 km məsafədə yerləşən stansiya bölgənin əsas elektrik eerjisi təminatşısı sayılırdı.

Buna görə də, Elektrik Stansiyasının bağlanması bölgə əhalisinin elektrik enerjisi təminatında problemlər yaradıb.

Yerli sakinlər sosial mediadakı paylaşımlarında havaların soyuması ilə eyni vaxtda stansiyanın bağlanmasını bölgə əhalisinə qarşı laqeydlik kimi dəyərləndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью