Herontologiya nədir? AÇIQLAMA

03.12.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Herontologiya yunan dilindən “geras” - qocalıq və “loqos” - elm sözlərinin birləşməsindən yaranan, yaşlanma prosesini və yaşlılıq dövründə baş verən dəyişiklikləri öyrənən elmdir. Bu sahə son illər daha da aktuallaşmağa başlayıb".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyi Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini icra edən Nailə Əhmədova bildirdi.

Onun sözlərinə görə, insanlıq tarixi boyu insanlar sağlam və cavan qalmağa çalışıblar, bu istiqamətdə saysız araşdırmalar aparılıb:

"Herontologiya bir neçə sahəni özündə birləşdirir. Geriatriya - yaşlı insanlarda hüceyrə səviyyəsində baş verən dəyişiklikləri, yaşla bağlı xəstəliklərin yaranmasını və onların profilaktikasını araşdırır. Mütəxəssislər xatırladır ki, yaşlanma hər zaman xəstəlik demək deyil, lakin bədəndə geriyə dönməz dəyişikliklər baş verir və onların idarə olunması vacibdir. Gerohigiyena - yaşlı insanların ümumi və fərdi gigiyenasını, ətraf mühit faktorlarının sağlam yaşlanmaya təsirini araşdırır. Psixoloji durum, yaşayış şəraiti, mühitin təsirləri qiymətləndirilir və uzunömürlülüyü dəstəkləyən tövsiyələr hazırlanır. Gerontopsixologiya - yaşlı insanların psixoloji vəziyyətini, xüsusilə tənha yaşayanların emosional həssaslığını öyrənən sahədir. Mütəxəssislər qeyd edirlər ki, bəzi yaşlı insanlar həkimlə ünsiyyət qura bilmədikdə müalicədən belə imtina edirlər. Gerontopsixologiya onların psixoloji dəstək ehtiyaclarını müəyyənləşdirir və uyğun metodları tətbiq edir. Bioqerontologiya - yaşlanmanın molekulyar və hüceyrə mexanizmlərini araşdıran elmi istiqamətdir. Buraya dərman preparatlarının tədqiqi, elmi eksperimentlər və yaşlanmanın bioloji səbəblərinin öyrənilməsi daxildir. Mərkəzlərdə bu sahə üzrə geniş araşdırmalar aparıldığı bildirilir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью