Icma.az bildirir, Saglamolun portalına istinadən. Herpetik infeksiyalar əksər insanların orqanizmlərdə “yaşayırlar”.
Herpes virusu bədənə bir dəfə daxil olduqdan sonra daimi olaraq orada qalır.
Uşaqlar ana bətnində (əgər ana bu virusun daşıyıcısıdırsa) olarkən, onu öpərkən, paltardan, yemək üçün istifadə olunan qab-qacaqdan və s.
ilə yoluxa bilərlər. Uşaq sağlam olduğu halda infeksiya nəzərə çarpmır.
Ancaq müxtəlif səbəblərdən (qrip, kəskin respiratop xəstəliklər, ağ ciyərlərin iltihablaşması, bədənin soyuqlaması və s.) bədənin immun sistemi zəifləyən kimi, herpes dodaqlarda, burun ətrafında, cinsi üzvlərdə kiçik qabarcıqların əmələ gəlməsi formasında özünü büruzə verir.
Bu qabarcıqlar şəffaf maye ilə dolmuş olurlar. Partladıqdan sonra onların yerində kiçik xoralar, daha sonra isə qartmaq əmələ gəlir.
Kiçik yaşlı uşaqlarda xəstəlik daha ağır formada (yüksək hərarət, daha artıq sayda qabarcıqlı səpgilərlə) keçə bilər.
Yenidoğulmuşlarda isə virus qana keçərək beyin toxumasını zədələyərək ensefalit xəstəliyinə səbəb ola bilər.