Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 17-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac baş tutub.
“Yeni Sabah” xəbər verir ki, hərraca çıxarılan AZ0201270029 ISIN kodlu və tədavül müddəti 720 gün olan qiymətli kağızlara investorlar tərəfindən böyük maraq göstərilib. Belə ki, təqdim edilən sifarişlərin nominal üzrə ümumi həcmi 46,7 milyon manat təşkil edib.
Nazirliyin qərarına əsasən, bu məbləğdən 14,3 milyon manatlıq hissə reallaşdırılıb. Hərracın yekunlarına görə, rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 98,1906 manat (gəlirlilik 6,9850%), kəsmə qiymət isə 98,1816 manat (gəlirlilik 6,9900%) səviyyəsində müəyyənləşib. Elektronika məhsulları
Qeyd edək ki, sözügedən dövlət istiqrazlarının ödəmə müddəti 17 noyabr 2028-ci il tarixində başa çatacaq.
Cəlalə Cəlalqızı