Hərrac evi Pikassonun əsərinə görə məhkəməyə verildi

21.08.2025

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kolleksiyaçı Sasan Qəndahari yaxınlarda “Christie’s” hərrac evini Pikassonun əsərinə görə məhkəməyə verib.

Kulis.az xəbər verir ki, iddiaçı auksion evi Pablo Pikassoya aid tablonun əvvəllər narkotiklə bağlı ittihamlarla məhkum olunmuş şəxsə məxsus olduğunu əsəri almazdan əvvəl ona bildirməyib deyə şikayətçi olub.

İyulun 21-də qaldırılan iddia sənədlərində bildirilib ki, Pikassonun məşhur tablosu 2010- cu ildə narkotik vasitə ticarəti səbəbilə həbs edilən Xose Mestre Fernandesə məxsus olub.

Tələb olunur ki, məşhur hərrac evi üçüncü tərəf zəmanəti üzrə müqaviləni ləğv etsin və ödənilmiş 4,8 milyon funt sterlinq məbləğində ilkin ödənişi geri qaytarsın.

Qeyd edək ki, Qəndahari adıçəkilən tablonun üçüncü tərəf zəmanətçisidir.

"Xaç atası"nın rejissorunun səhhəti ilə bağlı son durum açıqlandı Arif Babayevin son vəziyyəti Əfsanəvi Sziget Festivalı keçirilir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью