Hərracda 6,2 milyon dollara aldığı bananı yedi FOTO

29.11.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çinli kriptovalyuta sahibkarı Castin San 6,2 milyon dollar dəyərində aldığı divara lentlə yapışdırılmış banan əsərindəki bananı yeyib.

Avtosfer.az xarici mətbuata istinadla xəbər verir ki, həmin anların görüntüləri sosial mediada yayılıb.

Qeyd edək ki, əsər italiyalı rəssam Maurisio Kattela məxsusdur. Castin hərracda əsərə 6,2 milyon dollar verərək onu satın alıb daha sonra yeyəcəyini demişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью