Icma.az, Azpost portalına istinadən məlumat verir.
Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb.
Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, hərrac rəqabətli keçib.
Belə ki, start qiyməti 7 min manat olan “Mercedes-Benz” markalı mikroavtobus 12 min 500 manata, 2 min 800 manat olan “KamAZ” markalı yük avtomobili isə 9 min manata satılıb.
Cari ay üzrə növbəti hərraclar aprelin 22-si və 24-də keçiriləcək.
Paylaş