Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə o, “Givat Haviva” mərkəzində ümumi ictimai məsələlərə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“İsrailin ərəb cəmiyyətində cinayətkarlıq, qanun pozuntuları və şəxsi təhlükəsizlik hissinin itirilməsi problemi bütün mənalarda milli çağırışdır”, - deyə o qed edib.
Prezident vurğulayıb ki, bu məsələ İsrail siyasətçilərinin gündəlik fəaliyyətində ən prioritet mövzulardan biri olmalıdır. “Şübhəsiz ki, bu məsələdə icmaların və ərəb cəmiyyətinin öz üzərinə düşən məsuliyyəti var. Lakin dövlətin məsuliyyətini heç nə əvəz edə bilməz”, – deyə Hersoq qeyd edib.
O, həmçinin əlavə edib ki, Qəzzada HƏMAS-la aparılan iki illik müharibə “nifrət, ümidsizlik və xaos toxumu səpən qüvvələr üçün xüsusilə əlverişli zəmin yaradıb”.
“İsrailin ərəb vətəndaşları İsrail cəmiyyətinin canı və qanıdır. Onlar sözün tam mənasında bərabərliyə layiqdirlər”, – deyə prezident vurğulayıb.
Bizimyol.info