Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ÇL-nin Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək.
Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, bu, “Qarabağ”ın ÇL-də son ev oyunudur.
Ağdam təmsilçisi hazırda 7 xalla 25-ci pillədədir. UEFA Çempionlar Liqası Liqa mərhələsi, 7-ci tur 21 yanvar “Qarabağ” – “Ayntraxt” Hakimlər
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45. *** Komandaların start heyətləri açıqlanıb.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov.