Hesab edirəm ki, bu Türkiyə üçün çox mühüm siyasi göstərici hesab olunar RƏY | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Ukrayna müharibəsindəki mövqeyi balans siyasəti ilə xarakterizə olunur.
Ankara Kiyevə siyasi və humanitar dəstək versə də, Moskva ilə münasibətləri qorumağa çalışır.
Türkiyənin Ukrayna uğrunda savaşda rolu nə dərəcədə təsirlidir və Ankara Kiyevə real vəkillik edə bilərmi?
Bu balans siyasəti uzunmüddətli perspektivdə davamlı ola bilərmi?Mövzu ilə bağlı açıqlama Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində özünə etibarlı tərəfdaş kimi göstərir:“Burada əsasən vurğulamaq lazımdır ki, Türkiyənin təşəbbüsü ilə mühüm diplomatik uğurlar da əldə olunub.
Taxıl sazişinin imzalanması, əsrlərin mübadiləsi, bununla yanaşı olaraq nümayəndələr arasında görüşün uğurlu təşkili Türkiyə diplomatiyasının aktivliyindədir.
Eyni zamanda Ər-Riyadda ABŞ-Rusiya nümayəndiyyətlərinin görüşü zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğan ilə Ankarada görüşüb.
Bu da çox mühüm bir mesajdır.Bu məsələ də Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilər, eyni zamanda Türkiyə ərazisində də müharibənin dayandırılması və sülh yönündə danışıqlar keçirilə bilər.
Tam oxu
Xəbəri oxu