Hesab oyuna görə olmadı” Rüstəm Əhmədzadə

22.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Hesab oyuna görə olmadı” - Rüstəm Əhmədzadə

“Uduzsaq da, yaxşı oynadıq. Komandamızın çıxışını bəyəndim. Həm də unutmaq olmaz ki, “Qarabağ”a qarşı oynayırdıq”.

QOL.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın üzvü Rüstəm Əhmədzadə Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O bildirib ki, nəticə tam da oyuna uyğun olmayıb: “Qarabağ” bizə qarşı demək olar ki, əsas, Çempionlar Liqasında oynadığı heyətin 80 faizi ilə oynayırdı. Bu komanda Çempionlar Liqasında oynayır və hansı nəticələr qazandığını hamımız gözəl bilirik. Ona görə də “Qarabağ”a qarşı sərgilədiyimiz oyunumuzdan razıyam. Lakin hesab edirəm ki, bir qədər nəticə oyuna görə olmadı”.

25 yaşlı futbolçu qeyd edib ki, “Qarabağ” mövsümdə ikinci dəfə “Sumqayıt”a uduzmaq istəmirdi: “İlk dövrədəki məğlubiyyət “Qarabağ”ı motivasiya etmişdi. Oyuna həmişəkindən bir qədər də artıq köklənmişdilər. İstəmirdilər ki, bizə ikinci dəfə uduzsunlar. Bu da işimizi daha da çətinləşdirirdi. Çünki “Qarabağ” ın üzvləri həm fərdi, həm də komanda şəklində çox güclüdürlər”.

Əhmədzadə bu matça tam heyətlə hazırlaşa bilmədiklərini vurğulayıb: “Millidə olan futbolçularımız var idi. Hətta bəziləri düşərgəyə oyuna 1 gün qalmış qayıtmışdılar. Ona görə də bu matça tam heyətlə hazırlaşa bilməmişdik. Ümumilikdə çıxışımızdan razıyam. Bircə nəticə ürəyimizcə olmadı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью