Hesab şifrəsini sındırdı, 118 milyon avro oğurladı

06.11.2026

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Fransanın aparıcı banklarından biri olan Crédit Mutuel Arkéa böyükmiqyaslı kiberhücumun hədəfinə çevrilib. İlkin məlumatlara görə, bankın sistemlərinə müdaxilə nəticəsində təxminən 118 milyon avro vəsait qanunsuz yollarla başqa hesablara köçürülüb.

Hücum bankın xidmət aldığı şirkətlərdən birinin platforması vasitəsilə həyata keçirilib. Sərəncamdan çıxarılan vəsaitin sonradan kriptovalyutaya çevrildiyi bildirilir. Bu isə oğurlanmış pulların izinin itirilməsini çətinləşdirən üsullardan biri kimi qiymətləndirilir.

Hadisə ilə bağlı Paris Prokurorluğu araşdırmalara başlayıb. Hücumu həyata keçirən şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Crédit Mutuel Arkéa bankı hücumun nəzarət altına alındığını açıqlayıb. Məlumata görə, köçürülmüş vəsaitin bir hissəsinin qarşısı alınıb və bloklanıb. Bank müştərilərin hesablarının bu hadisədən zərər görmədiyini bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью