Hesabdakı fərq 4 ə çatdı − Yenilənir

18.02.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə görüşücək. 
Yeniavaz.com
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
“Qarabağ” və “Nyukasl” klublarının start heyətləri belə olacaq:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.
“Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
***
Oyun başladı
***
3-cü dəqiqədə Entoni Qordon hesabı açdı, 0:1

***
9-cu dəqiqədə Malik Tşau hesabdakı fərqi artırdı, 0:2
***
32-ci dəqiqədə Qordon dubl etdi, 0:3
***
34-cü dəqiqədə Qordon tripl etdi, 0:4

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью