“Hesabı qorumaq istəyimiz səhvlərə gətirib çıxardı” Berdıyev

29.08.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Çətin oyun oldu. Qələbəyə görə sevinirəm. “Neftçi” bu mövsüm daha yaxşı formalaşıb.

– Sərgilənilən oyundan nə dərəcə razısınız?
– Bəzi məqamlarda biz, bəzilərində “Neftçi” yaxşı oynadı. Rəqib azlıqda qalandan sonra hesabı qorumaq istəyimiz səhvlərə gətirib çıxardı.

– Vadjinin oyunundan nə dərəcə razı qaldınız?
– Yavaş-yavaş artırır. Toplanışda iştirak etməmişdi. Bu gün oyuna pis qoşulmadı. Bəzi epizodlarda hücumları daha iti edə bilərdi.

– Çempionluğa oynamaq üçün daha neçə oyunçuya ehtiyac var?
– Mövsüm yeni başlayıb. İstədiyi kimi oynayan komanda yoxdur. Bir neçə transfer planımız var. Mövqeləri haqda danışmayacağam.

– Komandanın “vuran ayaq” problemi var. Qollarınızı yarımmüdafiəçi Robert Olabe vurur…
– İstənilən halda, bu məsələ üzərində iş gedir.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью