Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bil…
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasında əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması, cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinə görə 3-cü müavinət növü dəfn müavinətidir.
Dəfn üçün müavinətlər üzrə xərclər bu il ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılıb.
Bu ilin I yarısında 20 311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da bu ilin proqnoz göstəricisinin 48,4 %-i qədərdir.
I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 milyon manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2 %-i deməkdir.
Növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı bu ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və yaxud 1,2% az proqnozlaşdırılıb.
Tam oxu
Xəbəri oxu