Hesablama Palatası Əmək Nazirliyində yoxlamalara başlayıb?

08.10.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalara başladığı bildirilir.

Bu barədə Modern.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatlara görə, yoxlamalar Nazirliyin maliyyə fəaliyyətləri ilə bağlıdır.

Məsələni dəqiqləşdirmək üçün aidiyyatı qurumlara sorğu ünvanladıq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qurumda yoxlama olmayıb.

Hesablama Palatası hələlik sorğumuza cavab verməyib.

Qeyd edək ki, Hesablama Palatası dövlət büdcəsindən maliyyələşən qurumlarda vaxtaşırı yoxlamalar aparır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью