Hesablama Palatası ötən il Əməliyyat Planını 90 % icra edib

09.04.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Hesablama Palatasının 2024-cü il üzrə Əməliyyat Planının icrası 90 % çox təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" rüblük bülleteninin “Aktual problemlər” rubrikasında bildirilir.

Strateji Planın monitorinq çərçivəsi üzrə icra göstəriciləri də 80 %-dən bir qədər çox olub. Bu nəticə strateji idarəetmə prosesində davamlılığın və səmərəliliyin təmin olunduğunu təsdiqləyir.

Hesablama Palatasının strateji plan üzrə hesabatvermə təcrübəsini beynəlxalq təşkilatlar, o cümlədən Ali Audit Qurumlarının Beynəlxalq Təşkitalı (INTOSAI) yüksək qiymətləndirib və digər ölkələrin ali audit orqanlarına tövsiyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью