Hesablama Palatası ötən il ilk dəfə dövlət borcu ilə bağlı audit keçirib

15.04.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ildə Hesablama Palatası dövlət borcunun auditinə dair metodiki sənəd hazırlayıb və bu istiqamətdə ilk audit tədbiri həyata keçirib. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, audit zamanı dövlət borcunun uçotu və aparılan əməliyyatların hesabatlılıqda düzgün və tam əks olunması, borcun dayanıqlılığı və risklərin idarə edilməsi məsələləri araşdırılıb.

Audit həmçinin Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısında təqdim olunub, burada 27 ölkənin ali audit orqanları və beynəlxalq ekspertlər iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью