Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib

29.01.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

XQ xəbər verir ki, iclasın birinci hissəsində 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş tabeliyindəki olimpiya idman kompleksləri vasitəsilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditinin nəticələri Hesablama Palatasının auditoru Vəfa Mütəllimova tərəfindən təqdim edilib.

Müzakirələrdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdirləri və digər məsul şəxs iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Hesablama Palatasının təklif və tövsiyələri nəzərə alınacaq.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

İclasın ikinci hissəsində 2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.

İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью