Hesablama Palatasının 2024 cü il büdcəsinin icra vəziyyəti açıqlanıb | Icma.az
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hesablama Palatasının 2024-cü il üzrə büdcəsinin icra səviyyəsi 80,5 % təşkil edib.
Bu barədə “Report” Hesablama Palatasının hesabatına istinadən xəbər verir.
Bildirilir ki, Palatanın ötən il üçün təsdiq edilmiş büdcəsi 11 milyon 424,6 min manat olub.
Lakin icra prosesi və yenidən baxılma zamanı müəyyən dəyişikliklər edilib.
"Dövlət büdcəsinə yenidən baxılarkən, Hesablama Palatasının xərclərinin ümumi məbləği daxilində bəzi istiqamətlər üzrə vəsait azaldılıb, digərlərinə isə artırılıb.
Xüsusilə, “Azəristiliktəchizat” ASC ilə müqavilənin ləğvi səbəbindən istilik enerjisi (yanacaq) xərcləri azaldılıb.
Eyni zamanda, beynəlxalq tədbirlərdə iştirak və COP29 iqlim konfransı ilə bağlı fəaliyyətlər üçün xarici ezamiyyə xərcləri artırılıb.
Tam oxu
Xəbəri oxu