Həsən bəy Zərdabinin keşməkeşli həyatı barədə bilinməyənlər: İstirahətsiz işləyirdi

22.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qohumu, onun nəslinə gəlin gəlmiş Südabə İsmayılova ailə xatirələrini Baku TV-yə bölüşüb.

Onun dediyinə görə, Həsən bəy həyatını maarifçilik və cəmiyyətə xidmətə həsr etdiyi üçün sağlamlığına ciddi yanaşmırmış:

"Qayınanam danışardı ki, Həsən bəy heç vaxt öz sağlamlığına fikir verməzdi. Gecə-gündüz işləyərdi, özünə istirahət etməzdi. 1907-ci ildə iflic oldu və Bibiheybət məscidi yaxınlığındakı qəbiristanlıqda dəfn edildi. Lakin qəbiristanlıq dağıldıqdan sonra onun sümüklərini evə gətirdik".

Südabə İsmayılovanın sözlərinə görə, bu hadisə ailə üzvləri üçün dərin iz qoyub:

"Qızı Qəribsoltan xanım deyirdi ki, atamın sümüklərini görəndə saçım bir gündə ağardı. O bu sümükləri 20 ilə yaxın evində saxladı. Daha sonra isə Həsən bəy Zərdabi İkinci Fəxri xiyabanda dəfn edildi. İndi orada uyuyur".

Daha ətraflı süjetdə:

Həsən bəy Zərdabinin keşməkeşli həyatı barədə bilinməyənlər: "İstirahətsiz işləyirdi"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью