Həsən Feyziyev vəfat etdi | Icma.az
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, H.Feyziyev bu gün səhər saatlarında dünyasını dəyişib.
H.Feyziyev 1936-cı ildə anadan olub. Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirib, elmi fəaliyyət
1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib və 1982-ci ildə professor elmi adına layiq görülüb.
AzMİU-nun inkişafında və istilik təchizatı, istilik texnikası sahəsində dünya miqyaslı elmi nailiyyətlərin əldə edilməsində xidmətlər göstərib.
O, 1978-ci ildən başlayaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İstilik təchizatı və istilik texnikası” kafedrasına rəhbərlik edib, 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.
Onun rəhbərliyi altında həyata keçirilmiş elmi-tədqiqat işləri və layihələr bir çox ölkələrdə tətbiq edilir.
Gununsesi.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu