Həsən Kür əməliyyat olundu, reanimasiyadadır

20.03.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həsən Zeynallının (Kür) sol ayağı əməliyyat olunub. O, hazırda reanimasiya şöbəsindədir.

Kult.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.

Həkim bildirib ki, Həsən Kürün əməliyyatı ağır keçib:

“Əməliyyat zamanı xəstə çox qan itirdi. Təqribən, 5 saat davam edən proses ağır olsa da, əməliyyat uğurla yekunlaşdı, hazırda vəziyyəti stabildir. Hələ ki, müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib.

Əlavə edək ki, şair İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью