Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan əhalisi arasında hələ də bizim torpaqlara iddialı şəxslər var”.
Moderator.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov jurnalistlər üçün təşkil olunan seminarda bildirib.
“Bütün Albaniya ərazisində Qafqaz sıra dağlarından Araz çayına qədər bugünkü İrəvana qədər nə qurulubsa, ermənilərə aidiyyəti olmayıb. Ermənilər tanrıçılıq məbədlərini özəlləşdiriblər. 1846-cı ildə ermənilər bölgədə möhkəmləndikdən sonra xüsusi sərəncam verilməsi ilə bağlı Rusiya imperatoruna müraciət ediblər. Yəni alban məbədləri ermənilərə sərəncamla verilib. Onlar da fürsətdən istifadə edərək məbədlərdə dəyişiklik ediblər”, - o əlavə edib.