Həsənquliyev: Sülh danışıqlarını Ermənistanla yox, böyük dövlətlərlə aparmalıyıq

10.04.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Ermənistanı Vətən müharibəsinə qədər onun üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamağa qoymayıblarsa, indi heç vaxt qoymazlar. Sülh sazişi imzalamaq Ermənistanın iradəsindən yox, böyük güclərdən asılıdır”.
Reyting.az
xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan sülh üçün danışıqları Ermənistanla yox, böyük dövlətlərlə aparmalı, onları buna razı salmalıdır.
Q. Həsənquliyev əlavə edib ki, müttəfiqləri Ermənistanı silahlandırır, erməni ordusuna təlim keçir və Ukraynada müharibənin sonunu gözləyirlər: “Çünki müharibə vəziyyəti qaldıqca tərəflərə silah satmaq və təsir etmək imkanları da qalır. Biz yalnız Ermənistana qarşı yox, dünya erməniliyinə və xristian həmrəyliyindən çıxış edən böyük güclərə qarşı dayanmışıq”.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью