Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Almaniya alimləri aparılan ikiillik tədqiqatdan sonra gecə həşəratlarının kütləvi məhvinin qarşısını almaq üçün effektiv üsul tapıblar. Biological Conservation jurnalında dərc olunan tədqiqata əsasən, küçə işıqlandırmasında soyuq ağ işıqların isti kəhrəba rəngli fənərlərlə əvəzlənməsi həşərat tələfatını iki dəfə azaldır.
Tədqiqatçılar "Qaranlıq Səma" qoruğu ərazisindəki altı dəmir yolu stansiyasında üç fərqli lampa növünü sınaqdan keçiriblər. Məlum olub ki, həşəratların gözləri üçün ən cəlbedici və eyni zamanda təhlükəli olanı 4000 Kelvellik soyuq ağ işıqdır. Bu işıqdakı qısa dalğalı mavi spektr gecə kəpənəkləri və böcəklərin naviqasiyasını pozaraq onları saatlarla fənər ətrafında dövr etməyə və yorğunluqdan ölməyə məcbur edir. Spectrumundan mavi işıq çıxarılmış 1800 Kelvinlik yeni ledd lampalar isə həşəratların diqqətini 50 faizdən çox az cəlb edib.
Maraqlıdır ki, köhnə natrium lampaları da isti rəngə malik olsa da, həddindən artıq qızdığı üçün ağcaqanadları özünə cəlb edərək eyni dərəcədə zərərli olub. Alimlər bildirir ki, süni işıqlandırılmanın spektri dəyişdirilərsə, biomüxtəlifliyin və tozlandırıcı həşəratların qorunmasında böyük dönüş yaradıla bilər.
Hazırladı:
Arzu Əliyeva
XQ