Həşimov “Psixoloji gərginliyi üzərimizdən ata bilmirik”

24.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının IX turunda öz meydanında “Kəpəz”ə 1:2 hesabı ilə uduzan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verdi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşdü:

– Təəssüf ki, yenə növbəti məğlubiyyəti şərh etmək məcburiyyətindəyəm. Düzdür, oyuna istədiyimiz kimi yaxşı başlaya bilmədik. Lakin ikinci hissədə təşəbbüsü və üstünlüyü tamamilə əlimizə aldıq. Hətta qol da vurub hesabda önə keçdik. Qapımıza təyin olunan penalti epizodundan sonra rəqib hesabı bərabərləşdirdi. Bundan sonra isə ikinci qolu vurub qələbə qazandılar. Onu qeyd edim ki, futbolçularım həddindən artıq gərgindirlər və bu psixoloji təzyiqi hələ də üzərimizdən ata bilmirik. Amma yenə də düşünürəm ki, yeni qurulan komanda üçün göstərdiyimiz oyun sistemi pis deyil. Həm ötən tur “Şamaxı” ilə matçda, həm də bu görüşdə hesabı açsaq da, üstünlüyümüzü sonadək qoruya bilmədik. Bunu təcrübəsizliklə, yoxsa sadəcə bəxtsizliklə əlaqələndirim, bilmirəm. Lakin düşdüyümüz bu acınacaqlı durum bizi həqiqətən kədərləndirir.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью