Həşimovun adını daşıyan komanda 10 cu yeri tutdu

01.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Yunanıstanın Rodos adasında klublar arasında keçirilən şahmat üzrə Avropa Kubokuna yekun vurulub. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” turniri ilk “onluq”da başa vurub.

"Football-plus.az" xəbər verir ki, sonuncu – 7-ci turda Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Reyid Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və Qazaxıstan şahmatçısı Noqerbek Qazıbəkdən ibarət komanda Çexiyanın “Novi Bor” klubuna 1,5:4,5 hesabıyla uduzub. Turnirin yekununda “Vüqar Həşimov” 10 xal toplamaqla 8-ci yeri tutub.
Heyətində azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və Xaqan Əhmədin yer aldığı Türkiyə klubları “Beyegan Pendik” və “Turkish Airlines”, uyğun olaraq, 4-cü və 9-cu yerləri bölüşüb.
Qadınlar arasında Serbiyanın “Sirmium Sremska Mitrovitsa” komandası (Gövhar Beydullayeva ilə) 2-ci, Rumıniyanın “SuperChess” klubu (Ülviyyə Fətəliyeva ilə) isə 4-cü olub.
Qeyd edək ki, Avropa Kuboku İsveçrə sistemi üzrə keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью