Həşimovun göndərilməsi an məsələsidir Rəhbərlik 3 mütəxəssislə danışıq aparır

24.11.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Karvan- Yevlax" rəhbərliyi baş məşqçisi Azər Həşimovla bağlı qərarını qətiləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Misli Premyer Liqasının 12-ci turunda evdə "Kəpəz"dən alınan məğlubiyyət (1:2) klub idarəçilərinin səbr kasasını daşırıb.

Əslində, 1 ay öncədən Həşimovun yerinə potensial namizədləri nəzərdən keçirən, hətta 3 mütəxəssislə danışıq aparan rəhbərlik Gəncə təmsilçisinə yenilginin ardından Azər bəyi postunda saxlamağın vaxt itkisi olduğu qənaətinə gəlib. Odur ki, Həşimovla əməkdaşlığa son qoyulmasının rəsmən açıqlanması an məsələsidir.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью