Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı

27.10.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında medal qazana bilməyib.

"Yeni Sabah" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qarşılaşıb.

Gərgin keçən görüşdə rəqibinə 5:7 hesabı ilə məğlub olan Həsrət Cəfərov dünya çempionatını beşinci pillədə başa vurub. Toyuqlu pizza

Qeyd edək ki, dünya çempionatı noyabrın 1-dək davam edəcək. Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью