Həsrət Cəfərov idmançılar arasında ən yüksək reytinqə sahibdir

01.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyi (GİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının sentyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (460 xal) ikinci, Arseni Cioyev (420 xal) üçüncüdür.

Reytinq cədvəlində, həmçinin Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) da yer alıblar.

Qeyd edək ki, avqust ayında reytinq cədvəli belə olub:

Həsrət Cəfərov (Yunan-Roma güləşi) 480 xal

Giorgi Meşvildişvili (Sərbəst güləş) 460 xal

Arseniy Djioyev (Sərbəst güləş) 420 xal

Səidcəmşid Cəfərov (Boks) 400 xal

Murad Əhmədiyev (Yunan-Roma güləşi) 330 xal

Ülvü Qənizadə (Yunan-Roma güləşi) 300 xal

Nürəddin Novruzov (Sərbəst güləş) 270 xal

Qaşim Maqomedov (Taekvondo) 270 xal

Hidayət Heydərov (Cüdo) 270 xal

İslam Bazarqanov (Sərbəst güləş) 265 xal

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью